Sudanda silahlı şəxslər 30 nəfəri girov götürüb

Sudanda silahlı şəxslər 30 nəfəri girov götürüb
# 25 mart 2013 22:43 (UTC +04:00)

Bakı-APA. Sudanın qərbindəki Darfur regionunda naməlum silahlı şəxslər Cənubi Darfurdakı Nyala şəhərində keçiriləcək konfransa yollanan 30-dan çox insanı girov götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sudan İnformasiya mərkəzinə Mərkəzi Darfurun qubernatoru Yusif Tabn məlumat verib.

“Zalingey şəhərindən Nyalaya konfransa sülhməramlıların müşayiəti ilə avtobuslarla yollanan Darfur qaçqınlarının nümayəndəli – 8 qadın və 23 kişi girov götürülüb” deyə Tabn qeyd edib. Onun sözlərinə görə, silahlılar onları naməlum istiqamətdə aparıb.

Qubernator ehtimal edib ki, üsyançılar bu aksiyanı hökumətin Darfurun bərpa olunması və qaçqınların doğma yurdlarına qayıtması təşəbbüsü ilə təşkil etdiyi konfransı pozmaq məqsədilə törədib.

Qeyd edək ki, regionda 2003-cü ildən hökumət qüvvələri və çoxsaylı üsyançı dəstələri arasında davam edən hərbi əməliyyatlar səbəbindən yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR