İctimai Palatanın Koordinasiya Şurası protokol pozuntusu barədə iddialara münasibət açıqlayıb

İctimai Palatanın Koordinasiya Şurası protokol pozuntusu barədə iddialara münasibət açıqlayıb
# 29 oktyabr 2012 09:33 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İctimai Palatanın noyabrın 2-ə təyin etdiyi aksiya ilə bağlı qərarının qəbulu zamanı hansısa protokol pozuntusundan söhbət gedə bilməz”. Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Ədalət Yusibov İP-in protokol pozuntusuna yol verməsi barədə iddialara münasibət bildirərkən deyib.

O qeyd edib ki, aksiya ilə bağlı qərarları təkcə İP-in sessiyası yox, Koordinasiya Şurası da verə bilər: “Çünki sessiyalararası müddətdə İctimai Palatanın işinə rəhbərliyi Koordinasiya Şurası həyata keçirir. Sonuncu sessiyada bununla bağlı səlahiyyət sessiya tərəfindən tanınıb. Bu baxımdan, Koordinasiya Şurasının verdiyi qərarlar “səlahiyyəti aşmaq” kimi dəyərləndirilə bilməz”.

Qeyd edək ki, İP-in növbəti sessiyası noyabrın 3-də keçiriləcək. Bundan bir gün öncəyə isə aksiya təyin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR