Bakıda sahibkarlar və gənc menecerlər üçün treninqlər keçirilib

Bakıda sahibkarlar və gənc menecerlər üçün treninqlər keçirilib
# 02 noyabr 2012 13:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən sahibkarlar və gənc menecerlər üçün «Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları» və «Biznes-planların hazırlanması üzrə yaradılmış xüsusi proqram təminatından istifadə» mövzularında treninqlər keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqlərdə İqtisadi İnkişaf Nazirliyinin, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları, eləcə də Bakı şəhərində fəaliyyət göstərən 20-dən çox sahibkar və gənc menecer iştirak edib.

Treninqlərdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının «Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+» Proqramının («GSP+») əsas xüsusiyyətləri, sistemin biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR