Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - YENİLƏNİB

Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb - <font color=red>YENİLƏNİB</font>
# 06 avqust 2012 14:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

TQDK-dan bildiriblər ki, II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.


II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 22867 abituriyentlərdən 552 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 22 nəfər qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunub və onların nəticələri ləğv edilib.
Test imtahanının nəticəsinə əsasən 11929 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə -700 bal toplayıb.
İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR