Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib, ölən var

Türkiyə vətəndaşı Azərbaycanda qəza törədib, ölən var
# 03 may 2012 09:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ağstafa rayonunda ağır yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 2-də saat 22.30 radələrində Ağstafa rayonu ərazisində Qazax şəhər sakini Ariz Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Türkiyə vətəndaşının idarə etdiyi "Ford" markalı avtomobillə toqquşub. Nəticədə A. Əliyevin sərnişinlərindən Xaqani Muradov hadisə yerində ölüb, digər sərnişin Vüsalə Dünyamalıyeva isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR