Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb
# 02 noyabr 2012 09:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.

APA-nın xəbərinə görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasa ümumilikdə 12 məsələ salınıb.

İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər ediləcək. «Mədəniyyət haqqında» qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR