Şamaxı-Padar avtomobil yolu yenidən qurulur

Şamaxı-Padar avtomobil yolu yenidən qurulur
# 02 oktyabr 2012 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC tərəfindən Şamaxı-Padar avtomobil yolu yenidən qurulur.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan yolun 28 km hissəsi asfalt-beton, qalan 25 km hissəsi isə qara örtüklüdür. Yolun 80%-dən çox hissəsi istismara yararsız vəziyyətdə olan 53 km-lik hissədə əksər yerlərdə torpaq yatağı aşınmaya məruz qalıb, yol geyimində çoxlu sayda sınmalar, çalalar, çökmələr yaranıb. Yol boyu 1 körpü, Bakı-Tbilisi dəmir yolu xətti üzərində yol ötürücüsü və 42 ədəd suötürücü boru mövcuddur.

Üçüncü texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilən yolda artıq 10 km hissəyə 3 qat asfalt-beton örtük salınıb, 27 km məsafədə isə yolun əsasının tikintisi başa çatdırılıb.

Qeyd edək ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR