Azərbaycana yatırılan sərmayə 120 mlrd. dolları ötüb

Azərbaycana yatırılan sərmayə 120 mlrd. dolları ötüb
# 06 avqust 2012 15:15 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, son 8 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə, qeyri-neft sektoru 4,3 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 25 dəfə, rabitə sahəsi 6,4 dəfə artıb. Artım həmçinin digər sahələrdə, o cümlədən kənd təsərrüfatı və nəqliyyat sektorlarında müşahidə olunub.

Nazir müavini onu da bildirib ki, bütün bunlar ölkədə yeni iş yerlərinin açılmasına səbəb olub. Belə ki, təkcə 2011-ci ildə ölkədə 94 mindən çox yeni iş yeri yaradılıb ki, onun da 96,3%-i özəl sektora məxsusdur. Özəl sektorun son illər ərzində ölkədə dinamik inkişaf etdiyini bildirən N.Səfərov onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatında özəl sektorun payı 82%-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR