Ceyhan limanından dünya bazarına 2,1 mln. ton neft çıxarılıb

Ceyhan limanından dünya bazarına 2,1 mln. ton neft çıxarılıb
# 12 sentyabr 2012 14:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin avqust ayı ərzində 2 129 631 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, bu həcmin 1 612 149 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19 mln. 827 min 682 ton olub. Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il sentyabr ayının 1-nə qədər Ceyhan limanından 193 845 710 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR