Beyləqanda ferma yanıb

Beyləqanda ferma yanıb
# 12 iyun 2012 15:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Beyləqan rayonunda fermada yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Allahyarlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kvadrat metr olan qamışdan ibarət fermanın yanar konstruksiyaları yanıb, 6 baş xırdabuynuzlu heyvan tələf olub.

Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR