Türkiyədə yaşayan azərbaycanlılar Dağlıq Qarabağda qondarma “prezident seçkilərininə” qarşı aksiya keçiriblər-FOTO

Türkiyədə yaşayan azərbaycanlılar Dağlıq Qarabağda qondarma “prezident seçkilərininə” qarşı aksiya keçiriblər-<font color=red>FOTO</font>
# 20 iyul 2012 01:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İyulun 19-da Türkiyənin Eskişəhir şəhərində Ermənistanın işğalı altında Azərbaycanın Dağlıq Qarabağ regionunda qondarma prezident seçkilərinin keçirilməsinə etiraz olaraq aksiya keçirilib. APA-nın məlumatına görə, Eskişəhir Azərbaycanlıları Dərnəyinin təşəbbüsü ilə yerli vaxtla saat 19:00-da təşkil olunmuş piketdə Türkiyədə yaşayan soydaşlarımız əllərində ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətləri özündə əks etdirən fotoşəkillərini tutaraq separatçı rejimin keçirdiyi “prezident seçkiləri”ni pisləyiblər. Aksiya Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydının mətbuat açıqlamasını oxuması ilə başa çatıb. Sənəddə bildirilir ki, bu gün Dağlıq Qarabağ regionu da daxil olmaqda ətraf 7 rayon ermənilərin işğalı altındadır: “Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyon soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşüb. Erməni cəlladları 1992-ci il fevralın 26-da əsrin ən böyük faciəsini – Xocalı soyqırımını törədib. Təxminən 20 ildir Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Ancaq təəssüf ki, beynəlxalq təşkilatlar hələ də Ermənistanın təcavüzkar siyasətinə göz yumur. Biz Eskişəhir Azərbaycanlıları Dərnəyi olaraq Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz bir parçası olduğunu və ermənilərin Dağlıq Qarabağ və ətraf rayonları boşaltmasını tələb edirik. Eyni zamanda Dağlıq Qarabağ regionunda keçirilən qondarma prezident seçkilərini şiddətlə qınayırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR