Hüquq müdafiəçisi İnzibati həbs olunanların saxlanma Məntəqəsində monitorinq keçirib

Hüquq müdafiəçisi İnzibati həbs olunanların saxlanma Məntəqəsində monitorinq keçirib
# 29 may 2012 08:32 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədri Elçin Behbudov köməkçisi Bəhmən İmanovla birlikdə Bakı şəhər Baş Polis İdarəsinin tabeliyində olan İnzibati Həbs Olunanların saxlanma məntəqəsində monitorinq keçirib. E. Behbudov APA-ya açıqlamasında orada saxlanılan 22 şəxslə görüşdüyünü deyib: “Onlardan 3 nəfəri İctimai Palatanın mayın 25-də Bakının mərkəzində keçirdiyi gəzinti zamanı saxlanılan bitərəf Rövşən Nəcəfli, AXCP üzvü Dəyanət Babayev və ADP Gənclər təşkilatının sədri Cəmil Hacıyev idi. Digər saxlanılan şəxslər isə sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdikləri üçün saxlanılıblar. Saxlanılan şəxslərin saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri olmadı. Lakin Cəmil Hacıyev həbs olunan zaman qeyri-insani rəftarla qarşılaşdığını bildirdi. Mən də bununla bağlı araşdırma aparacağam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR