Rüşvətxorluqda təqsirləndirilən baş redaktorun kassasiya şikayəti üzrə məhkəmə başlayıb

Rüşvətxorluqda təqsirləndirilən baş redaktorun kassasiya şikayəti üzrə  məhkəmə başlayıb
# 01 may 2012 09:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə rüşvətxorluqda təqsirləndirilən "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru Elnur Məmmədovun kassasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb. APA-nın xəbərinə görə, şikayət əsasında bu gün ilk iclas keçirilib. Növbəti iclas isə mayın 29-na təyin edilib.

İttihama görə, Elnur Məmmədov ötən il iyulun 10-da 1000 manat rüşvət alarkən tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR