Kyetil Tunqland: «İtaliya, Yunanıstan və Albaniya Anlaşma Memorandumu imzalamaqla TAP qaz kəməri layihəsinə siyasi dəstək veriblər»

Kyetil Tunqland: «İtaliya, Yunanıstan və Albaniya Anlaşma Memorandumu imzalamaqla TAP qaz kəməri layihəsinə siyasi dəstək veriblər»
# 28 sentyabr 2012 13:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İtaliya, Yunanıstan və Albaniya hökumətləri Anlaşma Memorandumu imzalamaqla «Trans-Adriatic Pipeline» (TAP) qaz kəməri layihəsinə siyasi dəstəklərini bildirib.

Layihədən «APA-Economics»ə verilən məlumata görə, BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında müəyyən nəticə əldə olunandan sonra ABŞ-ın hökumət nümayəndələrinin iştirakı ilə imzalanan Anlaşma Memorandumu TAP layihəsini İtaliyada ticarət fəaliyyətini davam etdirməsi üçün lazımi siyasi dəstəklə təmin edir. Bu istiqamətdə atılacaq növbəti addım müntəzəm qaydada aparılacaq dəyərləndirmələrdən ibarət olacaq.

«Biz, İtaliya, Yunanıstan və Albaniya hökumətlərinə TAP layihəsinə göstərdikləri dəstəyə görə öz minnətdarlığımızı bildirmək istərdik. Bu, layihəyə dəstək çərçivəsində atılan növbəti böyük bir addımdır», - deyə TAP-ın icraçı direktoru Kyetil Tunqland (Kjetil Tungland) bildirib.

K.Tunqlandın sözlərinə görə, imzalanma TAP-ın bu il ərzində əldə etdiyi əsas nailiyyətlərdən biri kimi qəbul edilir: «Bu nailiyyətlər sırasına TAP-ın bu ilin fevralında «Şahdəniz» konsorsiumu tərəfindən «birinci boru kəməri» seçilməsini, iyun ayında konsorsiumla imzaladığı əməkdaşlıq sazişini, avqust ayında isə BP və Azərbaycan Dövlət Neft Şirkəti ilə imzaladığı maliyyə sazişini aid etmək olar. Biz qarşıdakı layihəni daha da inkişaf etməsi üzərində işləyirik».

Qeyd edək ki, TAP Azərbaycanın «Şahdəniz» yatağından təbii qazı Albaniya və Yunanıstan vasitəsilə Adriatik dənizi boyunca Cənubi İtaliyaya daşıyacaq. Bu da qazın Qərbi Avropaya daşınmasına yol açacaq. Daşımaların həcmini ildə 10 mlrd. kubmetrdən 20 mlrd. kubmetrədək artırmaq üçün nəzərdə tutulmuş TAP, Avropanın qaz təminatını genişləndirməsinə xidmət etməklə bu regionun enerji təhlükəsizliyini təmin edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR