Ağsuda baş verən yol qəzasında bir nəfər ölüb, 2 nəfər ağır xəsarətlər alıb

Ağsuda baş verən yol qəzasında bir nəfər ölüb, 2 nəfər ağır xəsarətlər alıb
# 04 aprel 2012 08:13 (UTC +04:00)
Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 3-də saat 21:00 radələrində Ağsu-Kürdəmir yolunun Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağsu rayon sakini, 21 yaşlı İslam Abdullayev “Mercedes” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanmış 52 yaşlı Xəzəngül Hacıyevanı vurduqdan sonra yolun kənarındakı elektrik dirəyinə və hasara çırpılıb. Hadisə nəticəsində X. Hacıyeva ölüb, sürücü İslam Abdullayev və sərnişini Cavid Əliyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR