ARDNŞ prezidenti Bakı Ali Neft Məktəbində olub - FOTO

ARDNŞ prezidenti Bakı Ali Neft Məktəbində olub - <font color=red>FOTO</font>
# 24 oktyabr 2012 10:40 (UTC +04:00)
Bakı-APA. ARDNŞ prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, AMEA prezidenti, akademik Mahmud Kərimov, Ombudsman Elmira Süleymanova və digər gərəkli qonaqlar Bakı Ali Neft Məktəbində olublar. Bakı Ali Neft Məktəbindən APA-ya verilən məlumata görə, qonaqlar Bakı Ali Neft Məktəbində yaradılmış infrastrukturla, tədris prosesi və Texnologiyaların Transferi Mərkəzi ilə yaxından tanış olublar. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara ali məktəbə tələbə qəbulu, tədris prosesinin təşkili, Böyük Britaniyanın Heriot-Uatt Universiteti ilə Bakı Ali Neft Məktəbi arasında olan əməkdaşlıq münasibətləri əsasında həmin universitetin tədris proqramının tətbiqi haqqında ətraflı məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR