Azərbaycanla Dünya Bankı arasında Hövsanda sutəmizləyici qurğuların təchizatı məsələsinə dair müzakirələr dayanıb

Azərbaycanla Dünya Bankı arasında Hövsanda sutəmizləyici qurğuların təchizatı məsələsinə dair müzakirələr dayanıb
# 19 iyun 2012 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında Bakının Hövsan qəsəbəsində sutəmizləyici qurğuların təchizatı məsələsi üzrə müzakirələr dayandırılıb. «APA-Economics»in məlumatına görə, bu barədə DB-nin Cənubi Qafqaz üzrə regional meneceri Əsəd Alam bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin prioritetlərinin dəyişməsi səbəbindən hazırda sözügedən məsələ tərəflər arasında aktiv müzakirə olunmur.

Qeyd edək ki, bundan öncə Dünya Bankı Hövsan qəsəbəsində sutəmizləyici qurğuların təchizatına təxminən 0,8-1 mlrd. ABŞ dolları həcmində vəsait tələb olunacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR