Azərbaycanın keçmiş prezidentinin və ailə üzvlərinin təminatı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait məlum olub

Azərbaycanın keçmiş prezidentinin və ailə üzvlərinin təminatı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait məlum olub
# 23 oktyabr 2012 15:24 (UTC +04:00)
APA-nın məlumatına görə, 2013-cü ildə bu məqsədlə ümumilikdə 299 815 manat vəsait ayrılması nəzərdə tutulur.

Bu vəsait sosial təminat tədbirlərinə, əməyin ödənişinə, əmək haqqına və digər istiqamətlər üzrə xərclənəcək.

Qeyd edək ki, hazırda Azərbaycanın sabiq prezidenti və ailə üzvləri olaraq Ayaz Mütəllibovun özü və Əbülfəz Elçibəyin ailəsi müvafiq müavinətdən yararlanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR