ÜİF-in tədqiqatlarına əsasən gender bərabərliyinə görə Azərbaycan 135 ölkə arasında 99-cu yerdədir

ÜİF-in tədqiqatlarına əsasən gender bərabərliyinə görə Azərbaycan 135 ölkə arasında 99-cu yerdədir
# 24 oktyabr 2012 02:50 (UTC +04:00)
Bakı-APA. Ümumdünya İqtisadi Forumun (ÜİF) tədqiqatlarına əsasən qadın və kişilərin hüquq bərabərliyinə görə şimali Avropa ölkələri dünya reytinqində lider mövqelərini saxlayıblar.
APA-nın “Radio Rossii” radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə ÜİF-in məruzəsində deyilir. ÜİF analitikləri qadın və kişilərin bərabərlik indeksini 135 ölkə arasında 4 əsas göstəriciyə uyğun formalaşdırılar: iqtisadi həyatda iştirak və xidmət üzrə irəliləyiş, təhsilə yiyələnmə, siyasətdə təmsil olmaq və sağlamlığın vəziyyəti.

2006-cı ildən dərc edilən reytinqə son üç ildir ki, İslandiya başçılıq edir, onun ardınca Finlandiya, Norveç, İsveç yer alıblar. İlk onluğa: İslandiya, Finlandiya, Norveç, İsveç İrlandiya, Yeni Zelandiya, Danimarka, Filippin, Nikaraqua və İsveçrə.
MDB ölkələri arasında qadın və kişilərin bərabərliyinə görə, Qazaxıstan 31-ci yerdədir, Moldova - 45-ci, Qırğızıstan - 54-cü, Rusiya 59-cu, Ukrayna - 64-cü, Ermənistan - 92-ci, Tacikistan - 96-cı, Azərbaycan - 99-cu yerdədir. Postsovet ölkələri olan Latviya 15-ci, Litva - 34-cü, Estoniya - 60-cı, Gürcüstan - 85-ci yerdədir.
Belarus və Özbəkistan bu məsələ ilə bağlı məlumatların əldə olunmasına imkan yaratmadıqlarına görə, reytinqə daxil olmayıblar.
Gender bərabərliyi məsələsində ən ağır vəziyyət Səudiyyə Ərəbistanında, Suriyada, Çadda, Pakistanda və Yəməndədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR