Bank Of Baku

Neftçala və Şabranda yanğın olub

Neftçala və Şabranda yanğın olub
# 07 iyun 2018 15:02 (UTC +04:00)

Neftçala rayonunda taxıl sahəsində yanğın olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Xolqarabucaq kəndində 25 ha biçilmiş və 0,5 ha biçilməmiş taxıl sahələri yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Şabran şəhərində isə yol kənarında 1000 m² sahədə quru ot və həyətyanı sahədə 2,5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR