İƏT əmək nazirlərinin üçüncü iclası İndoneziyada keçiriləcək

İƏT əmək nazirlərinin üçüncü iclası İndoneziyada keçiriləcək
# 25 aprel 2013 08:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin üçüncü iclası İndoneziyanın paytaxtı Cakartada keçiriləcək. APA-nın xəbərinə görə, bunu İƏT-in baş katibi Ekmələddin İhsanoğlu bu Bakıda keçirilən əmək nazirlərinin ikinci iclasında çıxışı zamanı deyib. O bildirib ki, Bakıda keçirilən ikinci iclasda İndoneziyanın təklifi qəbul edilib və 2015-ci ildə növbəti iclas Cakartada təşkil olunacaq: “Biz əlimizdən gələni edəcəyik ki, Bakıda qəbul edilən qərarları və qətnamələri yüksək səviyyədə icra edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR