Ekspert: Amerika qitəsi 2020-ci ilədək neft hasilatına görə Yaxın Şərqi qabaqlayacaq

Ekspert: Amerika qitəsi 2020-ci ilədək neft hasilatına görə Yaxın Şərqi qabaqlayacaq
# 24 aprel 2013 10:11 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bu gün BP-nin 2030-cu ilədək proqnozlarının təqdimatını keçirən şirkətin aparcı iqtisadçısı Lev Fraynkman bildirib.


Onun sözlərinə görə, Şimali Amerikadakı «şist inqilabı» - şist neft və qazının hasilatının kəskin artması nəticəsində qarşıdakı illərdə bu ölkələrdə neft və qaz hasilatının kəskin artımı gözlənilir.

L.Fraynkman qeyd edib ki, bu proseslərə uyğun olaraq artıq 2020-ci ildə Amerika qitəsi neft hasilatının həcminə görə Yaxın Şərq ölkələrini geridə qoyacaq. «Artıq 2013-cü ildən etibarən isə ABŞ neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını keçəcək», - deyə BP-nin eksperti vurğulayıb.



#
#

ƏMƏLİYYAT İCRA OLUNUR