Filipp Lefort: “Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir”

Filipp Lefort: “Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir”
# 26 iyul 2013 15:54 (UTC +04:00)

Bu barədə APA-ya Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunub.

Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. Komitə sədri bildirib ki, Azərbaycan hökuməti bu günədək qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf edib. Qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınıb, bu qəsəbələrdə 150 minə yaxın qaçqın və məcburi köçkün yerləşdirilib: «Ermənistanın təcavüzkar siyasəti bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə dəfələrlə pislənilib. İşğal altındakı ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması, öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpası tələb olunub. Təəssüf ki, Ermənistan beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymur. Bütün bu tələblər sadəcə kağız üzərində qalıb».

Azərbaycan hökumətinin məcburi köçkünlərin Qarabağa “Böyük qayıdış” proqramını hazırladığını deyən komitə sədri ölkədə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatlar və dövlət qurumlarının bu proqramın hazırlanmasına cəlb olunduqlarını vurğulayıb.

Azərbaycana səfəri barədə məlumat verən Filip Lefort bildirib ki, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri ilə bağlı məlumatlı olduğunu deyən F. Lefort qeyd edib ki, Azərbaycanda əhalinin hər 10 nəfərdən biri qaçqın və məcburi köçkündür: “Bu münaqişə təkcə Azərbaycan deyil, bütün region üçün ciddi problemdir. Münaqişənin qısa müddətdə nizamlanması üçün Aİ kömək göstərməyə hazırdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR