Lənkəranda turizm sərgisi keçirilib - VİDEO

Lənkəranda turizm sərgisi keçirilib - <span style="color: red;">VİDEO
# 18 noyabr 2013 16:36 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəranda respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Turizm-İnformasiya Mərkəzi tərəfindən ilk dəfə olaraq regional turizm sərgisi keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, şəhərdəki Heydər Əliyev Mərkəzində düzənlənən sərgidə bölgənin turizm potensialı, eyni zamanda folkloru, tətbiqi sənət nümunələri, mədəniyyəti təqdim olunmaqla yanaşı, həmçinin yerli el sənətkarlarının hazırladıqları dulusçuluq nümunələri, növbənöv həsir toxumaları, dəmir məmulatları, müxtəlif formalı beşik və sandıqlar nümayiş etdirilib.

Sərgi iştirakçıları eyni zamanda cənub bölgəsində fəaliyyət göstərən hotel və istirahət mərkəzlərinin işi ilə də yaxından tanış olublar. Rusiyalı turist Janna Novikova APA-nın müxbiri ilə söhbətində Lənkəran mətbəxinə, diyarın gözəl təbiətinə və qonaqpərvər insanlarına valeh olduğunu bildirib.

Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin baş inspektoru İlqar Əzimovun sözlərinə görə, növbəti ildə bu cür sərginin daha geniş formada Bakı, Gəncə və Şəki şəhərlərində təşkil edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR