Bank Of Baku

Bakıda məişət tullantılarından başlayan yanğın ağaclara da keçib

Bakıda məişət tullantılarından başlayan yanğın ağaclara da keçib
# 18 aprel 2019 22:32 (UTC +04:00)

Bu gün axşam saatlarında Bakının Xətai rayonu ərazisində yanğın baş verib.

ONA-nın verdiyi xəbərə görə, yanğın A.Novruzov və Qafqaz küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, həmin ərazidə qoyulmuş məişət tullantıları konteynerində yanğın başlayıb və güclü külək nəticəsində yaxınlıqda yerləşən 58 nömrəli məktəbin həyətindəki iki şam ağaclarına da keçib.

Hadisə ilə bağlı yanğından mühafizə xidmətinə xəbər verilib və yanğın söndürülüb. Ətrafda olan digər tikililərə ziyan dəyməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR