APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında NATO baş katibinin müavini Soran Dukaru deyib.
O bildirib ki, bu gün NATO Azərbaycanla sülh, təhlükəsizlik və enerji təhlükəsizliyi, habelə terrorçuluq, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir: “NATO-Azərbaycan münasibətlərinin dinamik inkişafı üçün bu gün kifayət qədər möhkəm əsas mövcuddur”.