ÜST: Yol-nəqliyyat hadisələrində il ərzində ölənlərin sayı təxminən 1,3 milyon nəfərdir

ÜST: Yol-nəqliyyat hadisələrində il ərzində ölənlərin sayı təxminən 1,3 milyon nəfərdir
# 19 noyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Ümumdünya Səhiyyə Təşkilatının hələ 2010-cu ildə yaydığı məruzədə qeyd olunur ki, dünya üzrə yol-nəqliyyat hadisələrində il ərzində ölənlərin sayı təxminən 1,3 milyon nəfərdir”.

APA-nın məlumatına görə, bunu hüquqşünas Ərşad Hüseynov Ümumdünya yol qəzaları qurbanlarının xatirə gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ÜST-in məruzəsinə əsasən dünyada yol-nəqliyyat hadisələrində ölənlərin sayı durmadan artır: “2010-cu ildə ölənlərin sayı 1,3 milyon, yaralananların sayı isə 20-50 milyon arasındadır. Əgər bunun qarşısını almaq üçün real tədbirlər görülməsə, 2015-ci ildə bu bəlanın qurbanlarının sayı 2 milyonu aşacaq. Həmin qurbanların 60-70 faizi 5-45 yaş arasında olan şəxslərdir. Yol-nəqliyyat hadisələri insan ölümünün səbəbləri sırasında bir sıra geniş yayılmış xəstəlikləri ötərək ilk 5-likdə yer alıb. Hətta 5-45 yaşda olan şəxslərin ölüm səbəbləri sırasında 3-cü yeri tutur. Bunun qarşısını almaq üçün BMT və digər beynəlxalq təşkilatlar tədbir görməlidirlər”.

Hüquqşünas qeyd edib ki, sürət rejiminin pozulması da yol-nəqliyyat hadisələrinin artmasının əsas səbəblərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR