Türkiyə Konstitusiya Məhkəməsi “Balyoz” işi üzrə məhkum olunmuş zabitlərin şikayətini haqlı sayıb

Türkiyə Konstitusiya Məhkəməsi “Balyoz” işi üzrə məhkum olunmuş zabitlərin şikayətini haqlı sayıb
# 18 iyun 2014 16:57 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Konstitusiya Məhkəməsi 230 zabitin şikayətini birləşdirərək baxıb və həmin şəxslərin konstitusion hüquqlarının pozulduğu qənaətinə gəlib. Bu hüquq pozuntusunun aradan qaldırılması üçün həmin şəxslərin yenidən mühakimə olunması zərurəti yaranıb. Konstitusiya Məhkəməsinin qərarından sonra məhkumların azadlığa buraxılmaları gözlənilir.

Qeyd edək ki, “Balyoz” adlı cinayət işi çərçivəsində aralarında istefada olan ordu generalları və admiralların da olduğu 325 zabit müxtəlif həbs cəzalarına məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR