Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi sığorta güzəştləri tətbiq olunur

Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi sığorta güzəştləri tətbiq olunur
# 05 dekabr 2013 11:05 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunun 7-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılır.

Dəyişikliklərə əsasən, qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Maddədəki müvafiq bəndlərdən tələb olunan sənələr siyahısından “notariat qaydada təsdiq olunmuş” və “notariat qaydasında təsdiq edilmiş” sözləri çıxarılır.

Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR