Bakıda əsən güclü külək fəsadlar törədib - FOTOSESSİYA - VİDEO

Bakıda əsən güclü külək fəsadlar törədib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 mart 2014 22:55 (UTC +04:00)

APA-nın xəbərinə görə, paytaxtın Səbayıl rayonu, İstiqlaliyyət küçəsində iri gövdəli ağac yoldan keçən "VAZ 2107" və “Volkswagen” markalı avtomobillərin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolu kəsən ağac İstiqlaliyyət küçəsində nəqliyyatın hərəkətinə də mane olub.

Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində isə, reklam lövhəsi aşıb. Nəticədə yoldan keçən avtomobillərin hərəkəti üçün mane yaranıb. Eyni zamanda yaxınlıqdakı ara küçədə ağac "Mercedes Benz”in üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR