«YapıKredi Bank Azerbaijan»ın aktivləri 27% artıb

«YapıKredi Bank Azerbaijan»ın aktivləri 27% artıb
# 02 dekabr 2013 12:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 294,792 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,1% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 45,3% artaraq 184,028 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 72,574 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə nisbətən 90,6% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 2,9 dəfə artaraq 5,374 mln. manata, məcmu kredit portfelində xüsusi çəkisi isə 1,4 faiz bəndi artaraq 2,9%-ə çatıb.

Bankın depozit portfeli son bir ildə 5,7% azalaraq 110,159 mln. manata düşüb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 39,556 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 83,3% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 0,3% artaraq 61,270 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməyib və 46,811 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 3,4 dəfə artaraq 115 808, o cümlədən fiziki şəxslərin sayı 3,5 dəfə artaraq 110 392, hüquqi şəxslərin sayı 2,7 dəfə artaraq 5 416 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 82 745-ə bərabər olub ki, bu da illik müqayisədə 10 dəfə çoxdur. O cümlədən, debet kartların sayı 5,7 dəfə artaraq 33 030-a, kredit kartların sayı 19,9 dəfə artaraq 49 715-ə çatıb.


Hazırda bankın ölkə üzrə 12 filialı, 25 bankomatı, 1 820 POS-terminalı fəaliyyət göstərir. Bankın 409 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR