Sumqayıtda iki avtomobil toqquşub, bir nəfər ölüb

Sumqayıtda iki avtomobil toqquşub, bir nəfər ölüb
# 19 avqust 2013 16:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda ağır yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 30-cu kilometrliyində, Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Nurlan Nurəddin oğlu Hümbətovun idarə etdiyi “42-BM-245” dövlət nömrə nişanlı, “VAZ 21-015” markalı avtomobillə 1988-ci il təvəllüdlü Əlləz Xıdır oğlu Yusibovun idarə etdiyi “99-ES-194” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21-015” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1991-ci il təvəllüdlü Elgün Rasim oğlu Mehdiyev, Samir Əlisafa oğlu Mustafayev, 1995-ci il təvəllüdü Qaryağdı Rasim oğlu Rüstəmov, 1992-ci il təvəllüdlü Ruslan Əlağa oğlu Hacılı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR