Parisdə dünyanın ən böyük aviaşousu və sərgisi başlayıb

Parisdə dünyanın ən böyük aviaşousu və sərgisi başlayıb
# 17 iyun 2013 08:09 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Fransanın paytaxtı Parisdə dünyanın ən böyük aviasiya şousu və sərgisi olan “Paris Air Show” başlayıb. APA-nın məlumatına görə, iyunun 23-dək davam edəcək aviaşouda dünyanın müxtəlif ölkələrindən aviasiya sənayesində fəaliyyət göstərən 2 mindən artıq şirkət iştirak edir.

Sərgidə Azərbaycanın mülki aviasiya sahəsində fəaliyyət göstərən təşkilatlarından və hərbi qurumlarından nümayəndə heyətləri ziyarətçi qismində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR