Gəncədə ər arvadını bıçaqlayıb

Gəncədə ər arvadını bıçaqlayıb
# 06 may 2014 10:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində ailə münaqişəsi zəminində bıçaqlanma olub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1994-cü il təvəllüdlü Gülzar Şahmur qızı Məmmədova daxilə keçməyən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya müraciət edib. Tibbi yardımdan sonra G. Məmmədovanın vəziyyəti normallaşıb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, Gülzar Məmmədova həyat yoldaşı, 1996-cı il təvəllüdlü Abbasov İxtiyar Mürsəl oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən İxtiyar Abbasov hadisəni törədərək evdən qaçıb. Hazırda polis onun axtarıb tapılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR