AMEA prezidenti: “Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib”

AMEA prezidenti: “Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib”
# 22 noyabr 2013 08:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Bakıda aspirantlar yataqxanasının yerində tikilən binada mənzil alacaq alimlərin siyahısı müəyyənləşib”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, siyahıda AMEA-da çalışmayanların adları da var imiş: “Siyahıdan belə şəxslərin adları çıxarılıb”.

AMEA preziddenti jurnalistlər kimi, alimlər üçün də mənzillər tikilməsini arzuladıqlarını söyləyib: “Bu, niyyətdir və bununla bağlı ölkə prezidenti qarşısında təşəbbüslə çıxış etmək istəyirik. Jurnalistlər şəhərciyi kimi alimlər şəhərciyi də olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR