Braziliyanın paytaxtında kütləvi iğtişaşlarda 32 nəfər xəsarət alıb

Braziliyanın paytaxtında kütləvi iğtişaşlarda 32 nəfər xəsarət alıb
# 13 fevral 2014 01:42 (UTC +04:00)

APA-nın İTAR-TASS agentlyinə istinadən verdiyi məlumata əsasən, iğtişaşlar ölkədə aqrar islahatların həyata keçirilməsini tələb edən Torpaqsız kəndlilər Hərəkatı tərəfindən törədilib.

Hərəkatın təşkil etdiyi etiraz aksiyasında ən azı 15 min adam iştirak edib. Prezident administrasiyasının rəhbəri Jilbertu Karvalyu nümayişçilərin nümayəndələri ilə görüşərək onları bu gün ölkə başçısı Dilma Rusef tərəfindən qəbul ediləcəklərini bildirib.

Qeyd edək ki, adıçəkilən Hərəkat bu il özünün otuz illiyini qeyd edir. Bu müddət ərzində Torpaqsız kəndlilər Hərəkatı nüfuzlu sol yönümlü sosial hərəkata çevrilib. Təşkilatın fəaliyyəti nəticəsində 350 min ailə torpaq sahəsinə yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR