Dünyada ana ölümləri halları 45% azalıb

Dünyada ana ölümləri halları 45% azalıb
# 07 may 2014 07:44 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. 1990-cı ildən dünyada ana ölümləri halları 45% azalıb.

APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının iki yeni hesabatında deyilir.

Ekspertlər qeyd edir ki, ötən il hamiləlik və doğuş zamanı 289 min qadın ölüb. 1990-cı ildə isə müvafiq göstərici 520 min olub.

Mütəxəssislərin rəyinə görə, ana ölümlərinin 25% kökəlmə, diabet, malyariya yaxud da QİCŞ-lə əlaqəli olub.

Hesabatda bildirilir ki, ana ölümlərinin ən yüksək olduğu 11 ölkə - Butan, Kamboca, Kabo-Verde, Ekvatorial Qvineya, Laos Xalq Demokratik Respublikası, Maldiv adaları, Nepal, Ruanda, Rumıniya və Timor-Leşti bu tendensiya ilə mübarizədə uğur əldə ediblər. Belə ki, bu ölkələrdə ana ölümlərinin səviyyəsini 75% azaltmaq mümkün olub.

Lakin bu müsbət tendensiya bir çox Afrika ölkəsindən (Saxara səhralığından cənubda) yan keçib.

Sənəddə o da qeyd olunur ki, hər il 15 milyon qız (15-19 yaş arası) ana olur. Onların əksəriyyəti cinsi əlaqəyə məcbur edildiyinə görə hamilə qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR