Təcilli tibbi yardım maşını qarlı yolda qalıb

Təcilli tibbi yardım maşını qarlı yolda qalıb
# 01 fevral 2014 11:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda təcilli tibbi yardım maşını qarlı yolda qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda Təcili Tibbi Yardım Stansiyasının xidməti avtomobili hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalması barədə nazirliyin “112” xidmətinə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə avtomobili təhlükəsiz əraziyə çıxarıb və avtomobil yolunun həmin hissəsini qardan təmizləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR