Kürdəmirdə restoran işçiləri bir-birini bıçaqlayıb

Kürdəmirdə restoran işçiləri bir-birini bıçaqlayıb
# 11 iyun 2014 17:37 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə bu gün Kürdəmirin mərkəzi bazarının ərazisində yerləşən “Şəki” restoranında qeydə alınıb.

Restoranın aşpazı, Şamaxı sakini, 1978-ci il təvəllüdlü Xəlilov Ramin Rasim oğlu və şadlıq sarayının adminisrtarotu, Kürdəmir sakini, 1968-ci il təvəllüdlü Həsənov Fizuli Şamil oğlu arasında şəxsi münasibətlər zəminində baş verən dava bıçaqlanma ilə nəticələnib.

Hər iki şəxs mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər. Ramin Xəlilov Kürdəmir Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə, Fizuli Həsənov isə cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR