Alim Qasımov Tunisdə konsert verəcək

 Alim Qasımov Tunisdə konsert verəcək
# 23 iyul 2013 14:50 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova yeni qastrol səfərinə hazırlaşırlar. Qastrol səfəri haqqında APA-ya məlumat verən Alim Qasımov bildirib ki, avqustun 2-də Tunisə səfər edəcəklər: “Fərqanə ilə bir yerdə konsert proqramı ilə çıxış edəcəyik. Repertuar xalq mahnıları, muğamlardan ibarət olacaq. Avqustun 5-də vətənə qayıtmağı düşünürük”.

Alim Qasımov bildirib ki, ilin sonunda Türkiyə və Fransaya da səfərləri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR