Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlarda Xocalı soyqırımını anım mərasimləri keçirilib - FOTO

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlarda Xocalı soyqırımını anım mərasimləri keçirilib - <span style="color: red;">FOTO
# 26 fevral 2014 14:51 (UTC +04:00)

Bakı - APA. Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlarda anım mərasimləri keçirilib.

DGK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, “Azərterminalkompleks” Birliyi və Bakı Baş Gömrük İdarəsində keçirilən mərasimlərin iştirakçıları öncə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad eiblər.

Həmin tədbirlərdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, “Azərterminalkompleks” Birliyinin direktoru Qambay Əliyev və Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov giriş sözü ilə çıxış ediblər.

Bildirilib ki, erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı aktının ildönümü hər il Azərbaycanın hər yerində, eləcə də bir sıra dünya ölkələrində dərin kədər və hüznlə qeyd olunur, faciənin əsl günahkarları lənətlənir. Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq və doğma Qarabağımızı azad etməklə bütün şəhidlərimizin qisasını alacaq.

Xocalı soyqırımı ilə əlaqədar geniş məruzə ilə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə çıxış edib. Professor bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dünyanın yeni münaqişələr tarixinə beynəlxalq hüquq normalarının ən çox və kobudcasına pozulduğu faktlardan biri kimi yazılıb. Ermənilər son iki əsrdə Azərbaycana qarşı açıq ərazi iddiaları ilə çıxış edərək bu məkrli niyyətlərini gerçəkləşdirmək üçün terror, soyqırımı və deportasiya siyasəti yürüdüblər. 22 il əvvəl xalqımız XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına məruz qalıb, həmin müdhiş gün yüzlərlə soydaşımız qəddarlıqla qətlə yetirilib, şikəst edilib, işgəncələrə məruz qalıb. Lakin xalqımız öz azadlığı uğrunda mübarizədən geri çəkilməyib, əksinə, əsrlərlə arzusunda olduğu müstəqillik yolunda mücadilədə daha əzmkar olub. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın əksər ölkələri bu faciə ilə bağlı həqiqətlərlə tanış olur və ona öz qiymətini verirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və tədbirlər keçirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR