Kafe sahibini hədələyərək pul tələb edən şəxs saxlanılıb

Kafe sahibini hədələyərək pul tələb edən şəxs saxlanılıb
# 18 yanvar 2014 08:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Naxçıvan şəhər sakini kafe sahibini bıçaqla hədələyərək pul tələb edib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Davud Aslan küçəsində yerləşən kafedə baş verib. Naxçıvan şəhər sakini Vüqar Həziyev Yusif Bağırova məxsus kafedə ona bıçaqla xəsarət yetirəcəyi ilə hədə-qorxu gələrək cəzaçəkmə müəssisələrinə göndərmək məqsədilə 1000 manat pul tələb edib. V. Həziyev Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR