«Unibank» nağd kreditlər üzrə keçirdiyi lotereyanın növbəti tirajının qaliblərini müəyyənləşdirib

«Unibank» nağd kreditlər üzrə keçirdiyi lotereyanın növbəti tirajının qaliblərini müəyyənləşdirib
# 04 dekabr 2013 13:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin daha bir lotereyasının qalibləri məlum olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Alkredit plus nağd krediti əldə edin və qazanın» adlı tirajlı stimullaşdırıcı lotereyasının ikinci tirajının qalibləri müəyyən edilib.

Müsabiqə Komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən tirajın nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat, 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.

Oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında 390 qalib elan ediləcək. Uduşun ümumi fondu 90 min manat təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Ümumiyyətlə, 26 qalib olan hər tirajın uduş məbləği 6 min manat təşkil edir. Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönəldiləcək və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ qalibə təqdim ediləcək.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycanın işləyən hər bir vətəndaşı yalnız şəxsiyyət vəsiqəsi ilə müraciət edərək 7 500 manatadək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik kredit alanlara minimum 300 manat balanslı üzvlük kartı da verilir. «Unibank»dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğinə və əmək stajlarına heç bir tələb qoyulmur.

«Unibank»ın 33 filialı həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR