Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”

Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”
# 04 dekabr 2013 09:46 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Milli Şuranın dünənki sessiyasında qurumun sədri seçilmiş Cəmil Həsənli söyləyib.

Cəmil Həsənli deyib ki, fəxri sədrlik Milli Şuranın Rüstəm İbrahimbəyova olan münasibətinin ifadəsidir: “Rüstəm İbrahimbəyov da fəxri sədrlik məsələsini bu cür qarşıladı”.

Cəmil Həsənli Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə birmənalı etiraz edən Müsavat Partiyasının Milli Şuradan çıxıb-çıxmayacağı ehtimalına da münasibət bildirib: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq. Bu istiqamətdə elə bir narahatlıq yoxdur”.

C. Həsənli İsa Qəmbərlə görüşməyi planlaşdırdığını da deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR