İraqda bir ay ərzində təxminən min nəfər öldürülüb

İraqda bir ay ərzində təxminən min nəfər öldürülüb
# 01 avqust 2013 00:54 (UTC +04:00)

Bakı-APA. İraqda iyul ayında terror hücumlarının nəticəsi olaraq həlak olanları sayı 989 nəfər olub. APA bu barədə Frans Press-ə istinadən məlumat verir.

Həlak olanların 778 nəfəri dinc sakin, 88-i polis əməkdaşı, 55-i isə hərbçidir. Həmçinin dövr ərzində 68 silahlı da məhv edilib. Hücumlarda 1,6 min nəfər isə yaralanıb.

Rəsmi statistikaya görə, bu göstəricilər yalnız 2008-ci ilin göstəricilərindən azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR