Gəncədə təhsil alan tələbələrə xüsusi endirim kartları veriləcək

Gəncədə təhsil alan tələbələrə xüsusi endirim kartları veriləcək
# 14 dekabr 2013 15:30 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər İcra Hakimiyyəti başçı Elmar Vəliyevin “Gəncə - Avropanın gənclər paytaxtı 2016” layihəsi çərçivəsində gənclərlə keçirdiyi görüşündə tələbələr tələbə kartları ilə bağlı şikayət ediblər. APA-nın qərb bürosunun məlumatına görə, tələbələr bildiriblər ki, Gəncədə təhsil alan tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən endirim kartları verilib ki, bu kartlar da yalnız Bakıda fəaliyyət göstərən mağazalarda keçərlidir. Gəncədə isə heç bir mağaza bu kartları qəbul etmir.

E. Vəliyev şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərova Gəncədəki 10-a yaxın mağazanın siyahısının hazırlanaraq bu mağazalarla tələbələrə endirim etmələri üçün müqavilə bağlanmasını tapşırıb. Bundan başqa, şəhər İcra Hakimiyyəti aparatının xətti ilə Gəncədə təhsil alan tələbələrə xüsusi endirim kartlarının hazırlanaraq veriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR