Sabunçuda “Gənclər evi”nin açılışı olub - FOTOSESSİYA

Sabunçuda “Gənclər evi”nin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2014 11:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı şəhərinin Sabunçu rayonunda “Gənclər evi”nin açılışı olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və digər rəsmi şəxslər iştirak edib.

Azad Rəhimov bildirib ki, sayca 28-ci olan Sabunçu “Gənclər evi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb: “Burada trenajor, fitnes zalları, kompüter otaqları, bir araya toplanıb yeni layihələr üzərində çalışmaq üçün münasib otaqlar, bir sözlə, ən rahat şərait var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR