ABŞ Türkiyənin Baş Konsulluğuna olunan hücumu pisləyib

ABŞ Türkiyənin Baş Konsulluğuna olunan hücumu pisləyib
# 11 iyun 2014 22:28 (UTC +04:00)

APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ-ın dövlət katibi Con Kerri ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu arasında telefon danışığı olub və tərəflər Mosulda yaranan vəziyyətdən narahat olduqlarını ifadə ediblər.

C.Psaki bildirib ki, ABŞ, Türkiyənin diplomatları azad etməsi tələbinə dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR