Əməkdar incəsənət xadimi Aida Tağızadənin 80 illik yubileyi qeyd olunacaq

Əməkdar incəsənət xadimi Aida Tağızadənin 80 illik yubileyi qeyd olunacaq
# 11 fevral 2014 16:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevral 12-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Aida Tağızadənin 80 illik yubileyi münasibətilə “XX əsrin Azərbaycan musiqisi” adlı elmi və publisistik məqalələr toplusunun təqdimat mərasimi olacaq.

Bəstəkarlar İttifaqından APA-ya verilən məlumata görə, mərasimdə xalq artisti Yeganə Axundova, əməkdar artistlər Fəridə Məmmədova, Töhfə Babayeva, Anton Fernştadt, İlahə Sadıqzadə və Ellada Nəcəfovanın iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR