Ağdamda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Ağdamda sürücünün  xəsarət  alması ilə  nəticələnən  yol qəzası  baş verib
# 20 iyun 2014 19:01 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Yaşar adlı Bakı şəhər sakini idarə etdiyi 90-UG-086 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı maşın ilə Ağdam sakininin idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə toqquşub.

Nəticədə sürücü Aslanov Habil Sabir oğlu müxtəlif bədən xəsarətləri ilə Ağdam MRX-na çatdırılıb. Həkimlər onun yuxarı və aşağı ətraflarında çox saylı sınıq və çıxıqlar müəyyən ediblər. İlkin tibbi yardımdan sonra yaralı Ağcəbədi RMX –nın Travmatologiya şöbəsinə göndərilib. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR